[Bənd 1]
Nəbzim dayanır dərddən
Qəlbim usanır hərdən
Eşqim bitməz qəlbdə
Yenidən dönəsən bəlkə?
Götürüb atdım xatirələri
Göz yaşım dolur, yaralar dərin
Aramıza girən bu məsafə nədir?
Bir dəfə demədin – “Nədir axı dərdin?”
Eşq yaşatmır, öldürmür
Ağladır, üzümüzü güldürmür
Yoxdur ki çarəsi, özüm də bilirəm
Gedən qayıtmır, geri dönmür
Gedən unudulmur
Hara baxsam, onun yeri görünür
Mənim həyatıma kimlər qonaq olsa da
Bir anladım ki, onun yeri dolmur
[Nəqərat]
Sən sus...
Mənim içimdə dərdləri al, apar, get buradan
Yada qal yanımda, məni gəl qurtar bundan
Bizə gəldi bu dərd, axı bilmədim ki, haradan
Sən günəşsən ömrümə, mən solunda qar adam

[Bənd 2]
Səbrim yox olub bitdi
Eşqin mənə görə ziddir
Bunları niyə mənə etdin?
Sevgin azalıb aram-aram itdi
Mən sənə inanmışdım axı
Hər yer sevgimə boyanmışdı axı
Kimlər belə bizi ayrı saldı bəs?
Kimlərə inanmışdın axı?
Kimlər məni saldı gözündən?
Mən düşdüm, amma öldün özün də
Mən yandım, eybi yoxdur, amma
Sən çalış ki, daha yanma közündə
Gülüşüm soldu üzümdə
Bunu hər gün sən gördün özün də
Əfv etməm daha mən səni
Yenidən dönəcən hansı üzünlə?