Ver Video Biz Senle By Ali Ashikar 2025 en línea | Musica Lyrics

Ver Video y Lyrics con la música del Genero Lyrics más popular de Ali Ashikar y otros artistas en línea. Disfruta de las mejores canciones de 2025 en Musicas-Cristianas de música en línea. ¡Encuentra tu canción favorita y escúchala en cualquier momento y en cualquier lugar!

Video Biz Senle Lyrics » Ali Ashikar

Ali Ashikar - Biz Senle Lyrics


[Bənd 1: Ali Ashikar]
Biz eyni torpaqda yetişən ayrı gül dənəsi
Biz eyni könüldə susmuş kamanın zümzüməsi
Biz eyni musiqidə saf hisslərin tərcüməsi
Biz səninlə xəyal etdiyimiz o evin pəncərəsi

Biz eyni buluddan düşən yağışın damcıları
Biz eyni köhnə məktubun yazılan parçaları
Biz eyni rəssamın palitrasında rəng çaları
Biz səninlə sarıya boyanmış payızın fırçalarıydıq
Ayrıldıq... Bizdən "biz" olmadı
Yenidən sevmək istədim, əvvəlki hiss olmadı

Sən necə pis olmadın?!
Bu dərdi daşıyarkən ürəyin sancmadı ki?
Heç nəyim olmadığından xəyalım heç olmadı
Dilindən söz çıxanda əlindən uçmadı ki?!

Buz dağlara dönüşmüşəm!
Günü-gündən əriyib, axıb, gedib yox olmuşam
Yazacam, susmayacam, yazacam düşəndə şər
Və sənin sevmədiyinə gün gələr, işin düşər
Tanımadığım bir ünvanda danışmaq hisslərdən
Hər kəsə örnək olardıq bəlkə də biz sənlə

[Nəqərat: Sura İskəndərli]
Biz senle...
Aynı toprakta yetişen
Ayrı dallarda yeşeren
Aynı rüzgarda devrilen çiçekler gibiyiz
Biz senle...
Aynı yağmurdan dökülen
Ayrı dağlardan süzülen
Aynı denizde can veren nehirler gibiyiz

[Bənd 2: Ali Ashikar]
Biz eyni yolda axtarıb sevgini, tapmamışıq
Biz eyni qəlbi qırmışıq, dərdinə yanmamışıq
Biz eyni otaqda dustaq, yuxarıda yanmır isıq
Biz səninlə göruşə gəlmişik, o yerdə qalmamışıq

Biz eyni tör-töküntü evdə uçan dam kimiyik
Biz eyni qış günündə əli soyudan qar kimiyik
Biz eyni kibritə möhtac, əriyən şam kimiyik
Biz səninlə təbiətə küsmüş, uca bir dağ kimiyik
Boynubükük ağacların yanında körpə kimi
Üzünə düşər budaqları, görünər kölgə kimi

Yadıma ayrılıq düşür
Niyəsə payıma həmişə sevgidən çox ayrılıq düşüb
Səndən özgə birini görməməyi də kordan almışam
Səhvlərim ucbatından itirmişəm, yardan olmuşam

Kiməsə dərman olmuşam
Kiminsə həyatında əlçatmaz insan olmuşam
Əlini tutmadığıma, gözunə baxmadığıma
Son dəfə doyunca görə bilmədiyimə peşman olmuşam
Tanımadığım bir ünvanda danışmaq hisslərdən
Hər kəsə örnək olardıq bəlkə də biz sənlə
[Nəqərat: Sura İskəndərli]
Biz senle...
Aynı toprakta yetişen
Ayrı dallarda yeşeren
Aynı rüzgarda devrilen çiçekler gibiyiz

Biz senle...
Aynı yağmurdan dökülen
Ayrı dağlardan süzülen
Aynı denizde can veren nehirler gibiyiz

Biz Senle » Ali Ashikar Letras !!!

Videos de Ali Ashikar

    Esta web no aloja ningun archivo mp3©Musicas-Cristianas.Live 2025 Colombia - Chile - Argentina - Mexico. All Rights Reserved.

    Musica Online, Escuchar musica online , Musica En Linea, Musica en linea gratis, Escuchar Musica Gratis, Musica Online 2025, Escuchar Musica

    Musica 2025, Musica 2025 Online, Escuchar Musica Gratis 2025, Musica 2025 Gratis, Escuchas, Musica de Moda.