Ver Video Gunahkar Ulduzlardir Pt 2 By Ali Ashikar 2025 en línea | Musica Lyrics

Ver Video y Lyrics con la música del Genero Lyrics más popular de Ali Ashikar y otros artistas en línea. Disfruta de las mejores canciones de 2025 en Musicas-Cristianas de música en línea. ¡Encuentra tu canción favorita y escúchala en cualquier momento y en cualquier lugar!

Video Gunahkar Ulduzlardir Pt 2 Lyrics » Ali Ashikar

Ali Ashikar - Gunahkar Ulduzlardir Pt 2 Lyrics


[Bənd]
Ulduzlar donsalar da, mən onlarla danışıram
Elə çox vurğunam ki, onların hər naxışına
Hər şeyi buraxdım mən zamanın axışına
Həyat müharibədir, zamanla yarışıram

Odur ki, qal yanımda nə qədər ki, gec olmayıb
“Yanındayam” deyən insan, yanımda hec olmayıb
Sənə bir sirr verim ki, geri dönməyə üzün olsun
Birinə dönmək üçün heç bir zaman gec olmayıb

Köhnə dostlarımın, sevdiyimin yeri görünür
Hara getsəm də səninlə, qayıdıb eyni yerə dönürük
Bu üzdən çamadanları yığ ki, gedək bir dəfəlik
Yanımıza almadan heç, aparmadan bir nəfəri

Kimləri ayrı saldın?
Fərhadı Şirinindən, Məcnunu Leylisindən
Əslini Kərəmindən, səni də məndən ayrı saldı
Sən olmasa idin....

Olardı hər şey ayrı, bəlkə də mən yanılmazdım
Kaş solardı dərdiyim hər gül, ətrinə oyanmazdım
Ürəyim közərib hisslərimlə, kül olub o yanmazdı
Səni bir başqası ilə görsəm belə, inanmazdım
O qədər sevdim səni, sus ki, səsin duyulmasın
Barmaq uclarında gəz ki, xatirələr oyanmasın
Bizi zaman ayrımasın, saniyələr dayanmasın
Mən başa sala bilməsəm də, istərəm ki, o anlasın

[Nəqərat]
Günahkar ulduzlardır
Kiçik bir arzum vardı
Diləyim sən idin, amma olmadı
Düşmədin ovuclarım boş qaldı

Sən və mən birgə
Yaşlanaq bu ömür keçdikcə
Ən gözəli də sənsən içindən
Parladın və səni seçdim mən
Unutma ki...

Günahkar ulduzlardır
Kiçik bir arzum vardı
Diləyim sən idin, amma olmadı
Düşmədin ovuclarım boş qaldı

Sən və mən birgə
Yaşlanaq bu ömür keçdikcə
Ən gözəli də sənsən içindən
Parladın və səni seçdim mən
Unutma ki...

Gunahkar Ulduzlardir Pt 2 » Ali Ashikar Letras !!!

Videos de Ali Ashikar

    Esta web no aloja ningun archivo mp3©Musicas-Cristianas.Live 2025 Colombia - Chile - Argentina - Mexico. All Rights Reserved.

    Musica Online, Escuchar musica online , Musica En Linea, Musica en linea gratis, Escuchar Musica Gratis, Musica Online 2025, Escuchar Musica

    Musica 2025, Musica 2025 Online, Escuchar Musica Gratis 2025, Musica 2025 Gratis, Escuchas, Musica de Moda.