Ver Video Neler Aldi Seni By Ali Ashikar 2025 en línea | Musica Lyrics

Ver Video y Lyrics con la música del Genero Lyrics más popular de Ali Ashikar y otros artistas en línea. Disfruta de las mejores canciones de 2025 en Musicas-Cristianas de música en línea. ¡Encuentra tu canción favorita y escúchala en cualquier momento y en cualquier lugar!

Video Neler Aldi Seni Lyrics » Ali Ashikar

Ali Ashikar - Neler Aldi Seni Lyrics


[Bənd]
Nə köhnə biz qalıb artıq, nə kölgə iz salır üzdə
Nə körpə bir baxışın yadıma düşür, nə də ki, o gözlər
Nə incə əllərin isidir, nə yazın yazıma bir izdir
Nə həmin küçədəyəm indi, nə yolun döngəsi bizlik

Nə gedən gəlmədi heç, nə də biz gözləmdik
Nə gedən gəlmək istədi, nə də biz “gəlmə” dedik
Nə qədir bilən olduq, nə bilmək istəmədik
Nə qədər düzünü yazdı, nə də biz “düzdür” dedik

“Nə gözəl üzdü” dedik söz gölündə öz gəmimiz
Nə özəl günlər idi, sən və təmiz xatirəmiz
Nə sətirlər düzüldü keçib içərdə qəlbə səlis
Nə liman gözümə dəyir, nə dəniz eyni dəniz

Nə əlin duzudur indi, nə evin ocağı yanır
Nə evin bərəkəti var, nə evin çörəyi qalıb
Nə xeyrin gecəsidir bu, nə şərin gündüzü nur
Nə ərin salam-ını alır yar, nə yarın sağol-u qalıb

Nə ətirli zərflər qoxur onuntək, əlləritək
Nə əllərin öyrəşər başqa bir ələ mənim əlimtək
Nə qədər yazsa yazarlar, yaza bilməz mənimtək
Nə yalanlar danışdıq bir-birimizə ölkəmiztək
Nə çayın dadı qalıb indi, nə şüşəyə dəyən yağışın
Nə fəsillər dəyişdi, nə də o son baxışın
Nə otaq sən qoxur indi, nə də yeri doldu balışın
Nə ağlasam, olmur indi, nə gülmək mənə yaraşır

Nə sənlə olmadıq biz, nə də səndən olmadı
Nə xeyirlisi oldun, nə də səndən olmadı
Nə desəm, olmadı heç, nə dedin, olmadı ki?
Nə “özünə yaxşı bax” dedin, nə də mən baxa bilmədim

Nə sən başımda durdun, nə də mən xəstələndim
Nə biz bir araya gəldik, nə də güllər dəstələndi
Nə ömürlük mənə qaldı imzanda dəsti xəttin
Nə deyim, kimə səndən danışım?! Bu da qara bəxtim

[Nəqərat]
Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
Nə getdin gedən kimi
Nə də qalmadın
Niyə qalmadın axı?

Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
Nə getdin gedən kimi
Nə də qalmadın
Niyə qalmadın axı?
Nələr aldı səni məndən?
Nə getdin gedən kimi
Niyə qalmadın axı?

Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
Nə getdin gedən kimi
Nə də qalmadın
Niyə qalmadın axı?

Nələr aldı səni məndən?
Nələr apardı?
Nələr ayırdı?
Nə getdin gedən kimi
Nə də qalmadın
Niyə qalmadın axı?

Neler Aldi Seni » Ali Ashikar Letras !!!

Videos de Ali Ashikar

    Esta web no aloja ningun archivo mp3©Musicas-Cristianas.Live 2025 Colombia - Chile - Argentina - Mexico. All Rights Reserved.

    Musica Online, Escuchar musica online , Musica En Linea, Musica en linea gratis, Escuchar Musica Gratis, Musica Online 2025, Escuchar Musica

    Musica 2025, Musica 2025 Online, Escuchar Musica Gratis 2025, Musica 2025 Gratis, Escuchas, Musica de Moda.